Zahid Oruca heç bir qadağa qoyulmayıb

Millət vəkili sadəcə mobil nömrəsini dəyişdiyinə görə üzə çıxmırdı


Hər zaman mətbuata açıq olan millət vəkili Zahid Orucun son vaxtlar jurnalistlərdən uzaq düşməsi müxtəlif şaiələrə yol açıb. Fikirlər dolaşır ki, icra başçılarının özbaşınalığına dair verdiyi kəskin açıqlamalardan, Milli Məclisdə spiker Oqtay Əsədovla aralarında yaşanan mübahisələrdən və Meydan TV-ə müsahibəsindən sonra deputata "sən danışma" qadağası qoyulub. İddiaların nə qədər doğru olduğunu öyrənmək üçün  deputatla əlaqə saxlamağa cəhd göstərdik. Parlament üzvü "Şərq"-ə açıqlamasında mətbuatda görünməməsini mobil nömrəsini dəyişməsi ilə əlaqələndirdi: "Var olun ki, maraqlanırsınız və məni əlçatan millət vəkilləri sırasında görürsünüz. Amma mətbuatda görünməməyimin səbəbi mobil nömrəmi dəyişməyimlə bağlı idi. İstədim yeni nömrəyə keçim. Baxdım ki, məni axtarıb, tapmayanlar çoxdur. Ona görə də yenidən öz nömrəmə qayıtdım. Artıq əlçatan olmaqda davam edəcəyik".

Ayyət