Zakir Həsənov rus qonağı cəbhədəki vəziyyət barədə məlumatlandırıb
17:12 25.04.2016
Arxiv
466
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z. Həsənov qonağa Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırkı vəziyyət barədə ətraflı məlumat verib.
General-polkovnik Z. Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını xüsusi olaraq diqqətə çatdırıb. Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunu və bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü vurğulayan müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib.
MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan general-polkovnik Z. Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün perspektivlərin mövcudluğunu bildirib.
MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərin məhz Azərbaycana olduğundan məmnunluğunu ifadə edən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov general-mayor Y.Daşkinə MDB Müdafiə Nazirləri Şurasının katibi vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə