“Zaman Ermənistanın əleyhinə işləyir” – İqtisadi, siyasi və demoqrafik fəlakət
09:40 20.03.2018
Arxiv
847
"Ermənistan dalana dirənmiş dövlətdir, siyasi, iqtisadi, nəqliyyat nöqteyi-nəzərdən dünya üçün heç bir maraq kəsb etmir”.
Bunu "Sherg.az”a Ermənistanda daxili stabilliyin pozulmasından danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
O qeyd edib ki, düşmən ölkə həm siyasi, həm diplomatik, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycana uduzur:
"Ermənistan işğalçılıq siyasəti nəticəsində heç də düşünülən kimi varlı dövlətə çevrilmədi. Qazandıqları isə iqtisadi fəlakət, ölkənin iqtisadi blokadaya düşməsi, emiqrasiyanın güclənməsi, yoxsulluğun fəlakətli səviyyəyə çatması, siyasi cəbhədə məğlubiyyət yaşaması oldu. Bütün sferalarda düşmən mövqeyini gücləndirə bilmir.
Ermənistanın siyasi və diplomatik məğlubiyyətinin nəticəsi olaraq, ötən il qondarma rejimdə keçirilən referendumu misal göstərmək olar. Bu qondarma referendumu heç bir qonşu, bölgə dövləti tanımadı. Bu da o deməkdir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistanın o baxımdan da perspektivi yoxdur ki, bu dövlətə 10 ildir rəhbərlik edən, dövləti uçuruma aparan Serj Sarkisyan növbəti illər üçün hakimiyyəti əlində qoruyub saxlamaq istəyir. 2008-ci ildə Sarkisyan prezident seçildikdə Ermənistanın xarici borcu 2 milyard dollar idi. Keçən 10 il ərzində bu borc 7 milyarda çatdı. Bu da düşmən ölkənin xarici banklardan asılı olduğunun sübutudur”.
Ermənistan siyasi müstəqilliyinə gəlincə, E. Nəsirov vurğulayıb ki, əslində bu ölkə vassal dövlətdir, heç bir müstəqilliyi yoxdur:
"Ona görə, dünyada etimada, nüfuza da sahib deyil. Bəzi hallarda dünya ölkələrinə səfərlər edərkən Ermənistan rəhbərliyinin əsas missiyası dilənmək olur. Bu yaxınlarda qondarma rejimin qondarma lideri Bako Saakyanın ABŞ-a səfəri də dediklərimizi təsdiqləyir. Zaman Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir. Azərbaycan bu gün dünənkindən daha güclüdür, sabah bugünkündən daha güclü olacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm