Zaxarova erməni jurnalistin təxribatçı sualına düzəliş edib





 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə erməni jurnalistin təxribatçı sualına düzəliş edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni jurnalistin "Dağlıq Qarabağ Respublikası” ilə Azərbaycan arasındakı münaqişənin həlli yolunu necə görürsünüz?" sualına M. Zaxarova belə cavab verib:
"Sizin sualınıza düzəliş etmək istərdim. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Biz istisnasız olaraq münaqişənin sülh və diplomatik yolla, beynəlxalq hüquq normaları əsasında həllini görürük. Ümid edirik ki, bu belə də olacaq. Münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Biz münaqişənin hərbi yolla həllinə cəhd görürük, lakin bu yolun sonu yoxdur".