Ən böyük problemi Ali Radada ona qarşı müxalifətin çox güclü olmasıdır
Zelenskinin nə proqramı var, nə də komandası
10:35 27.04.2019
Arxiv
592
Yeni prezidentdən iqtisadi sahədə uğur qazanacağını gözləməyə dəyməz
Ən böyük problemi Ali Radada ona qarşı müxalifətin çox güclü olmasıdır
Ən böyük problemi Ali Radada ona qarşı müxalifətin çox güclü olmasıdır
Şoumen Vladimir Zelenskinin seçkidə 73 faiz səslə rəqibi Petro Poroşenkoya qalib gələrək prezident seçilməsi Ukrayna tarixində yeni dönəmin başlanğıcı kimi dəyərləndirilir. Ukraynalıların "güldürən adam” kimi tanıdığı 41 yaşlı yeni prezidentə böyük etimad göstərdikləri ortadadır. Bəs gənc dövlət başçısı ona bəslənən ümidləri doğrulda biləcəkmi, Rusiya ilə münasibətlər necə olacaq? Ekspertlərin fikrincə, Ukraynanın Rusiya ilə münasibətləri rus-gürcü variantı üzrə gedə bilər. Çox güman ki, əhalidə ictimai nifrət dərəcəsi azalacaq, iqtisadi əlaqələr inkişaf edəcək, turizm və mədəniyyət əlaqələri qurulacaq. Lakin Zelenski və Poroşenko mübarizəsinin parlamentdə davam edəcəyi deyilir. Eyni zamanda Ukraynanın daxili siyasətində problemlərin Poroşenkonun dövründəki kimi olmayacağı bildirilir.
Ukraynadakı yeni dönəmi "Şərq”ə dəyərləndirən siyasi ekspert Zeynal Əmralıyev hesab edir ki, yeni prezident ənənəvi siyasətçi deyil. Onun sözlərinə görə, Vladimir Zelenskinin prezident seçilməsindən sonra hər kəsin diqqətini çəkən onun necə bir siyasi xətt yürüdəcəyidir:
"Ukraynada oliqarxların siyasətə müdaxiləsi çox geniş yayılmış bir haldır. Düşünürəm ki, Zelenskinin siyasəti hamisi Kolomoyskinin iqtisadi üstünlüyünə şərait yaradan bir siyasət olacaq. Oliqarxlar ya birbaşa seçkidə iştirak edirlər, ya da nümayəndələrini göndərirlər. Elə Zelenskinin sonuncu seçkidə rəqibləri olan Petro Poroşenko və Yuliya Timoşenko da biznes fəaliyyəti ilə tanınıblar. Konkret şəkildə güclü proqramı və komandası olmayan Zelenskinin iqtisadi uğur qazanacağını gözləməyə dəyməz”.
Analitik bildirib ki, Rusiya ilə münasibətlərdə qeyri-müəyyənlik hələ də özünü göstərir:
"Rəsmi Moskva Zelenskinin Rusiya ilə bağlı izləyəcəyi siyasətdən sonra onunla münasibətlərə aydınlıq gətirəcəyini bildirib. Biz yeni prezidentin Rusiya ilə münasibətlərini səlahiyyətlərinin icrasına başladıqdan sonra aydın görə biləcəyik. Zelenskinin hazırda Ali Radada gücü yoxdur, ona qarşı olan müxalifət çox güclüdür. Baxmayaraq ki, 72 faizlə seçilib, heç vaxt siyasətlə məşğul olmayıb. Proqramı və komandası yoxdur.
Zelenskinin nə qədər uğurlu bir prezident olacağını zaman göstərəcək. Ancaq nəzərə alaq ki, Ukrayna tarixinin son üç prezidenti heç də uğurlu nəticələrlə yadda qalmayıblar. Burada həm də ukraynalıların siyasi dünya görüşü də rol oynayır. Ukrayna xalqı bir siyasətçidən çox tez bezən, daim dəyişiklik istəyən bir xalqdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol