“Zəng gəldi ki, bəs Sürəyya xanım Ağaoğlu sizinlə görüşmək istəyir” - ANONS
13:26 01.05.2019
Arxiv
1027
Əhməd bəy Ağaoğlu ailəsinin üzvü Nigar Axundova Moskvadan “Şərq”ə danışdı
"Bakıda qohum - əqrabasını gördüyü üçün çox sevincli idi... Amma dedi ki, Şuşanı, ata-baba yurdumu görmək qismət olmadı”
"Sürəyya xanımdan müsahibə alarkən ona "Siz Vətən deyəndə Türkiyəni, yoxsa Azərbaycanı nəzərdə tutursunuz?” deyə sual vermişdim. O da cavabında "Şuşa” demişdi...”
"Səməd Ağaoğlu Azərbaycanda olarkən ata-baba yurdu Şuşaya getmiş, babası Mirzə Həsən bəyin evinin fotosunu çəkmişdi. Hansı ki, həmin evdə Əhməd bəy və babam Hüseyn bəy dünyaya gəlmişdi...”
"Uşaqlarımız həmin adlarla böyüyürlər. Öz soy-köklərini unutmur, kimin nəslindən olduqlarını daim xatırlayırlar. Əhməd bəyin adı isə Türkiyədəki nəticələrindən ikisinə verilib”.
"Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı verilən Sərəncam təkcə Azərbaycanda, Türkiyədə deyil, eləcə də bir çox ölkələrdə böyük sevinclə qarşılanıb”
Türk dünyasının böyük fikir adamı, tanınmış ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı verilən Sərəncam tarixçilər və ziyalılarla yanaşı Ağaoğlu ailəsinin fərdlərini də məmnun edib. Rusiyada diplomatiya sahəsində fəaliyyət göstərən ziyalı xanım, Ağaoğlu ailəsinin üzvü Nigar Axundova da Moskvadan "Şərq”ə danışıb. Mütəfəkkir Əhməd bəy Ağaoğlu və varisləri haqqında qəzetimizə müsahibə verən Nigar xanım maraqlı məqamları və xatirələri bizimlə paylaşıb. Həmçinin, şəxsi arxivində yer alan Ağaoğlu ailəsinə məxsus nadir fotoları da dərc olunmaq üçün redaksiyamıza göndərib. Məlumat üçün bildirək ki, sənətşünaslıq üzrə elmlər doktoru olan Nigar xanım Axundova Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesidir.
Nigar xanımla geniş söhbəti "Şərq” qəzetinin sabahkı sayında oxuya bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol