“Zibil adam”ın dərdinə çarə tapılmır

Küçədəki bütün zibilləri toplayıb, evinə daşıyır



Türkiyənin Alaplı bölgəsində yaşayan 43 yaşlı Murad Bayarın dərdinə çarə tapılmır. O, xəstəliyindən xilas olmaq üçün yardım gözləyir.

Aşağıdağ kəndində anası ilə birlikdə yaşayan və "zibil adam” ləqəbi ilə tanınan Murad Bayar, 22 ildir "zibil yığmaq” xəstəliyi ilə mübarizə aparır. Yolda gördüyü hər zibili, qəzet, kağız parçaları, plastik şüşə, qapaq, tənəkə, neylon siqaret paketi kimi zibilləri də evinə aparır.

Bayar, zaman - zaman yığdığı zibilləri yandırdığını, lakin yenidən yığıb evi və ətrafını zibillərlə doldurduğunu qeyd edir. "Zibil adam” deyə çağırılan Bayar, yenidən müalicə almaq və artıq bir yuva qurub, bu xəstəliyindən xilas olmaq üçün ona kömək edilməsini istəyir.

Hər gün 17 km.lik kəndindən Alaplı qəsəbəsinin mərkəzinə avtobusla gedərək, yerdə gördüyü hər zibili paketlərə dolduran Bayar, evini sanki zibilxanaya çevirib.

1995-ci ildə hərbi xidmətdən döndükdən sonra tutulduğu "zibil yığmaq” narahatlığından xilas olmaq istəməsinə qarşı heç cür nəticə ala bilməyən Bayar, xəstəliyi səbəbindən evlənə bilməməkdə və bir iş sahibi ola bilməməkdən şikayətlənir. Səlahiyyətlilərdən dəstək istəyən Bayar bunları söyləyir:

"Artıq mən də bir yuva qurub, bu xəstəliyimdən xilas olmaq istəyirəm. Xahiş edirəm kömək edin. 1974-ci ildə doğulmuşam. 1995-ci ildə əsgərlikdən qayıtdım. Bundan sonra yerdən zibilləri toplamağa başladım. Küçələrdə, yollarda kağız parçası, zibil görəndə dözə bilmirəm. Sonra bu məndə sanki bir peşə halına gəldi. Əvvəllər bunları toplayar, paketə qoyar, zibil qutularına boşaldardım. İndi isə zibilləri kəndimizə qədər daşıyıram. Yığdığım zibilləri, kənddə öz bağçama gətirib, yandırmağa başladım. 10 il əvvəl xəstəxanada müalicə gördüm. Müalicə sonrası bir müddət zibil yığmadım. Amma sonradan yenidən başladım. Mən də etdiyim işdən məmnun deyiləm. Amma bu xəstəlikdən də xilas ola bilmirəm. Evdə 63 yaşlı anamla birlikdə qalırıq. Atam öldü. Anam, atamdan qalan maaşla mənə baxır. Müalicə olmaq istəyirəm, amma proseduru bilmirəm. Mənə kömək edilsə, bu xəstəlikdən xilas olaram” deyə danışır.

Qonşuları və kəndliləri də Bayarın yenidən müalicə almasını istəyir.