“Zirzəmidə yaşayan 270 məcburi köçkün ailəsi köçürüləcək” - "Qaçqınkom"
08:39 17.07.2018
Arxiv
894
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün səhər saatlarında Komitənin qarşısında məcburi köçkünlərin etiraz aksiyası keçirməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Komitənin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Lent.az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurumun qarşısında etiraz aksiyası olmayıb: "Bu gün qəbul günüdür, qəbula gələnlərin sayı başqa vaxt olduğundan çoxdur, ona görə də növbə yaranıb".
Komitə rəsmisi deyib ki, məcburi köçkünlərin çoxu ev məsələsinə görə müraciət edib: "Qobuya köçürülmə başlayandan sonra onlar da yeni mənzillərə köçmək istədiklərini bildirirlər. Bu da bir-iki günün problemi deyil. 20 ildir ki, davam edir. Çox həssas məsələdir. Proqrama uyğun olaraq ilk növbədə zirzəmidə yaşayanlar, yaşadıqları evlərin aynası, qapısı olmayanlar köçürülür. Bunları qoyub üçüncü mərtəbədə yaşayan, evinin aynası, qapısı olan insanı necə köçürmək olar?! Bu, ədalət prinsiplərinin pozulmasıdır”.
İlkin mərhələdə paytaxtın Koroğlu Rəhimov küçəsində yaşayan məcburi köçkünlər köçürüləcək:
"Hazırda köçürülmə prosesi davam edir və bir neçə mərhələdə aparılacaq. Zirzəmidə, qəzalı və ağır vəziyyətdə yaşayan 270-dən çox ailənin köçürülməsi nəzərdə tutulub. Bundan başqa Kürdəxanıda da məcburi köçkünlər üçün yeni binalar tikilir. Hələlik dəqiqləşdirilməsə də, yəqin ki, ilin sonuna kimi və ya gələn ilin əvvəlində həmin binaların da tikintisi başa çatacaq. Təbriz küçəsindəki, Üzeyir Hacıbəyov küçələrindəki yataqxanaların köçürülməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki hansı ünvanların köçürülməsi haqqında dəqiq bir söz demək çətindir. Bir daha təkrar etmək istəyirəm, ilk olaraq qəzalı vəziyyətdə olan binalarda və zirzəmilərdə yaşayan məcburi köçkünlər köçürüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət