Zöhrə Abdullayevanın dəfn yeri açıqlandı - YENİLƏNİB


Əməkdar artisti Zöhrə Abdulla qızı Abdullayeva Xırdalan şəhər qəbirsanlığında anasının yanında dəfn olunacaq.

Bununla bağlı Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Nazirliyin rəhbərliyi və kollektivi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Zöhrə Abdullayeva 2021-ci ilin 28 may tarixində 68 yaşında vəfat edib.

Könül Cəfərli

12:10

Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Qeyd edək ki, müğənni uzun müddətdir xəstəxanaya yerləşdirilmişdi. O, revmatizmdən əziyyət çəkirdi.