Zukerberqdən etiraf: "Rusiyanın müdaxiləsinə çox gec reaksiya verdik"
07:23 10.04.2018
Arxiv
504
"Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq istifadəçilərin şəxsi məlumatlarından istifadə mövzusunda yazılı ifadəsini ABŞ Konqresinin Nümayəndələr Palatasının Ticarət və enerji üzrə Komitəsinə təqdim edib. İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq sabah – aprelin 11-də şəxsən Komitə üzvləri qarşısında çıxış edəcək və sualları cavablandıracaq.
"Biz sosial şəbəkədən zərər vurmaq məqsədilə istifadə olunmasının qarşısını almaq üçün kifayət qədər iş görməmişik”, - deyə "Facebook” rəhbəri etiraf edib. Söhbət seçkilərə xarici müdaxilə, yalan xəbərlərin yayılması, nifrətin qızışdırılması və informasiyaların qorunmasından gedir. M. Zukerberq bunu öz səhvi kimi qiymətləndirərək üzrxahlıq edib: "Biz Rusiyanın müdaxiləsini görməkdə və ona mane olmaqda çox yavaş hərəkət etdik. İşimizi yaxşılaşdırmaq üçün biz hazırda səylə çalışırıq”.
M. Zukerberq Rusiya müdaxiləsinin dərəcəsini tam aydınlaşdırmaq üçün ABŞ hökuməti ilə işləməyə davam etdiklərini söyləyib: "Biz bütün dünya üzrə nəinki seçkiləri qorumaq, həm də insanlara özünüifadə imkanı vermək və demokratiyanın gücü olmaq üçün bizdən asılı olan nə varsa, onu etməyə çalışırıq”.
Sosial şəbəkə rəhbəri hər iki qalmaqal - Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi və istifadəçi məlumatlarının sızması ilə bağlı ətraflı izahat verib. O qeyd edib ki, 2013-cü ildə tədqiqatçı Aleksandr Koqan xüsusi proqram əlavəsi yaradıb və onun vasitəsilə "Facebook” istifadəçilərinə sorğudan keçmək təklif olunub. Bu proqramı 300 min istifadəçi yükləyib və öz şəxsi məlumatlarından istifadə olunmasına icazə verib. A. Koqan həmin 300 min nəfərin dostluğundakı 10 milyon nəfərin də məlumatlarını toplayıb. 2014-cü ildə "Facebook” həmin proqram əlavəsinin istifadəçilərin dostlarının məlumatlarını toplamasını məhdudlaşdırıb. Bundan sonra A. Koqan əldə etdiyi məlumatları "Cambridge Analytica” konsaltinq firması ilə bölüşüb. Bu firma isə məlumatlardan siyasi texnologiya məqsədilə yararlanıb. Şirkət Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib.
Bundan sonra "Facebook” proqram əlavələrinin yalnız istifadəçilərin adına, fotosuna və elektron poçtuna əlçatanlığına icazə verəcək, eləcə də həmin əlavələri hazırlayan şirkətləri sosial şəbəkə ilə müqavilə imzalamağa məcbur edəcək.
Rusiya müdaxiləsindən danışan M. Zukerberq artıq ictimaiyyətə məlum olan faktları sadalayıb. Belə ki, "trol fabriki” kimi tanınan Rusiya internet Tədqiqatlar Agentliyi fake (saxta) akkauntlardan istifadə etməklə dezinformasiya kampaniyası aparıb. Ümumilikdə 2016-cı ildən bəri onlar 80 minə yaxın status paylaşıblar və bunu 126 milyon istifadəçi görüb. Həmin müddətdə agentlik "Facebook” və "Instagram”da cəmi 100 min dollar ödəməklə siyasi reklamlar yayıb və bunu 11 milyon amerikalı görüb. İndi "Facebook” yeni proqramlar hazırlayır ki, fake akkauntları avtomatik silsin. M. Zukerberq Fransadakı seçkilər ərəfəsində 30 min bu cür saxta profili sildiklərini nəzərə çatdırıb.
Bundan sonra siyasi reklamların yerləşdirilməsi üçün sifarişçinin avtorizasiyası – şəxsiyyətini təsdiq etməsi və harada olması barədə məlumat tələb olunacaq. Reklamlarda sifarişçinin adı açıq göstəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol