Fuad Abbasov sabah bütün sualları CAVABLANDIRACAQ


Azərbaycanlı jurnalist Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək.
"Sherg.az" xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, iyulun 2-də saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək konfransda baş vermiş hadisələrlə bağlı bütün sualları cavablandıracaq.
Rusiyadan deportasiya olunan jurnalist iyunun 25-də Bakıya qayıdıb.
Xatırladaq ki, Moskva vilayətinin Ximki şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyirdi. İki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etmirdilər.