Bakı metrosunda yeni vaqonlar xəttə buraxılır


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) iki yeni vaqonu bu gün xəttə buraxılacaq.

Bunu "Sherg.az"a QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yeni vaqonlar bu gün saat 12:00-da "Dərnəgül" stansiyasından yola salınacaq.

Qeyd edək ki, bu ilin sonunadək "Bakı Metropoliteni"nin 30 köhnə vaqonu istismardan çıxarılaraq yeniləri ilə əvəzlənəcək. Yeni nəsil vaqonların bir çox parametrləri ilə digər vaqonlardan seçilir.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıya çatdırılıb. Cari il ərzində Rusiya müəssisəsi tərəfindən “Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək.