Şimal bölgəsinə qar yağdı


Şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.APA -nın şimal bürosunun verdiyi məlumata görə, bölgədə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qeydə alınıb.Yağıntının çox yağması çaylarda da suyun səviyyəsini 50-70 santimetr artırıb.