Əli Əhmədov vədinə əməl etdi


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
YAP-dan APA -ya verilən xəbərə görə, Əli Əhmədovun bu təşəbbüsünü alqışlayan Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər.
Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.