Instaqramda canlı yayıma çıxdı və saçları töküldü – QIZ ŞOKDA+ VİDEO


Saçının rəngini dəyişmək istəyən instaqram istifadəçisinin canlı yayımda saçları töküldü.
« Sherg.az» «cnews.fr»ə istinadən xəbər verir ki, 18 yaşlı Nyu-Yorklu Lola Fet mavi saçlarını öz rənginə qaytarmaq istəyib. Bunun üçün o javel suyundan istifadə edib. Və saçları buna dözməyib. O saçını darayan zaman saçları tökülüb. L.Fet bu vəziyyətdən şoka düşüb və o gözlənilmədən gözəlliyini itirib. 
L.Fet bəyan edib ki, o artıq yaşamaqdan qorxur. Çünki bu, onun gözəlliyi ilə bağlı çəkdiyi son video olacaq, bəlkə də.