Amerikalı alimlər siçanlar üzərində apardıqları eksperimentlərdə QİÇS virusunu məhv etməyə nail ola biliblər.
“Sherg.az“ın “lefigaro.fr“ə istinadən xəbərinə görə, amma bu müalicəni hələ ki, insanlara tətbiq etməyiblər.
Bu barədə “Nature Communication” jurnalında yazı dərc olunub.
Yazıda doktor Kamel Xəlili bildirib ki, bu QİÇS- in məhv edilməsinin mümkünlüyünü sübut edən birt testdir. Bu müalicə metodunu inkişaf etdirməyi düşünürük. Artıq əlimizdə bu virusun müalicəsinin olduğunu sübut edən fakt var”.
Məqalədə o da əlavəı olunub ki, alimlər sayları 6-10 olmaqla siçanları 4 qrupa bölüblər. Çünki QİÇS virusunun bir neçə növü var.
Onlara insanın iliyi köçürülüb. Məqsəd isə bu müalicə metdonu insanlara tətbiq etməklə onun faydalı olub- olmamasını öyənməkdir. Birinci qruplar məlum müalicəni qəbul etməyib. Ikinci qrup isə bu müalicənin iynələrini qəbul edib, üçüncü və dördüncü qruplar dərmanları qəbul edib.