Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub


Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şirvan, Türkan və Corat sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.​