Əhməd Qəşəmoğlu: “Sözügedən video ilə bağlı sosial şəbəkələrdəki sərt təpki tamamilə doğrudur. Gərək belə hadisələr adiləşməsin. Adiləşdikcə həyatımız da eybəcərləşir və problemlərimiz çoxalır”
Adil Qeybulla: “Turan” klinikasında çəkilən reklam videosu da qeyd etdiyim biabırçılıqlardan biridir. Bu cür rəzalət səhiyyəmizin mahiyyətinə pis təsir göstərir”
Bu günlərdə “Turan” Klinikasında biabırçı reklam videosu çəkilib. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə mənfi rezonans doğurub.
Belə ki, Klinikanın cərrahı Mehman Məmmədovun fəaliyyətindən bəhs edən reklam xarakterli videoda açıq-saçıq geyimli xanım kəskin tənqid atəşinə tutulub. Reklam videosuna çəkilən həkim və pasienti şiddətli şəkildə qınayan feysbuk istifadəçiləri görüntülərin biədəb olduğunu söyləyiblər. Onlar belə roliklərin çəkilməsini əxlaqsızlığın təbliği kimi dəyərləndiriblər.
Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirdi ki, ən böyük problemimiz get-gedə cəmiyyətdə mənəvi dəyərlərin arxa plana keçməsidir:
“Cəmiyyətdə gərginlik və xoşagəlməz hadisələr çoxalır. Biz hər cür çalışmalıyıq ki, mənəvi və əxlaqi dəyərlərin arxa plana keçməsinin qarşısı alınsın. Bu, birmənalı olaraq həyat normamız olmalıdır. Çünki min illərdir bütün dini kitablar, peyğəmbərlər, alimlər deyir ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olmayanda isə toplum bərbad hala düşür.
Təəssüf ki, get-gedə ökəmizdə biri Avropa, digəri qondarma mədəniyyətlərin təsiri altına düşür. Azərbaycanda açıq-saçıqlığı təbliğ edirlər. Bəziləri bunu reklam vasitəsilə, bir çoxları isə hansısa estrada şousu ilə edir. Mahiyyət etibarı ilə açıq-saçıqlığı önə verirlər, əxlaqi dəyərləri arxa plana keçirirlər. Ona görə də biz belə halların hər zaman qarşısını almalıyıq. Kimsə deyə bilər ki, Avropada belədir, Amerikada elədir. Amma bu çox təhlükəli və axmaq bir yanaşmadır. Avropanın öz mədəniyyət sistemi var. Orada heç də ideal həyat səviyyəsi yoxdur. Kim nə qədər tərifləyir tərifləsin, SPİD xəstəliyinin yayılmasını göz önünə gətirəndə məlum olur ki, orada həyat arzuolunan səviyyədə deyil. Avropada da mənəvi dəyərlərin arxa plana keçməsi ilə bağlı xeyli problemlər var. Ona görə biz Avropanı misal gətirməli deyilik. Birmənalı olaraq belə halların qarşısını almaq vacibdir. Çalışmalıyıq ki, bu cür məqamlara tənqidi münasibətimiz olsun. Sözügedən video ilə bağlı sosial şəbəkələrdəki sərt təpki tamamilə doğrudur. Gərək belə hadisələr adiləşməsin. Adiləşdikcə həyatımız da eybəcərləşir və problemlərimiz çoxalır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bütün həkim reklamlarının biabırçı məqam olduğunu diqqətə çatdırdı:
“Dünyanın heç bir yerində həkim reklamı yoxdur. Belə reklamlar korporativ marağa xidmət edir. Əslində dövlət bütün həkimlərə diplom verir. Necə ola bilər ki, bir həkim xüsusi kateqoriyaya aiddir amma başqası yox?
Bu gün televiziyalarda həkimlərin şəxsi reklamlara xərclədikləri pul adi bir həkimin, bəlkə də, 5 il aldığı maaş qədərdir. Ona görə də bu məsələlər ciddi araşdırılmalıdır. Hesab edirəm ki, ən böyük biabırçılıq məhz budur. Belə həkimlərin peşəkarlığının hansı səviyyədə olduğu aydın deyil. Özlərini reklam edən həkimlər insanların inamını aldadırlar və gəlir əldə edirlər. Düşürəm ki, müvafiq strukturlar bu işlə məşğul olmalıdırlar. Həkimlərin özlərini reklam etməsi, xəstəni cəlb etməsi və onlara müştəri kimi baxması peşəkarlıq əlaməti deyil. “Turan” klinikasında çəkilən reklam videosu da qeyd etdiyim biabırçılıqlardan biridir. Bu cür rəzalət səhiyyəmizin mahiyyətinə pis təsir göstərir. Onsuz da səhiyyəmizə güvən yoxdur və belə reklamlar vətəndaşların inamını daha da azaldır”
Reklam videosu , yoxsa rəzalət... ? ! – Alimlər “topa tutdu”+VİDEO
14:59 29.07.2019
Cəmiyyət
1052
![](https://sherg.az//storage/posts/July2019/068099b666eabaa1f13e7ad377866f9b.jpg)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi
23:10 16.07.2024
Dünya
Makron hökumətin istefasını qəbul etdi
22:28 16.07.2024
Gündəm
Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
21:44 16.07.2024
Gündəm
Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
20:41 16.07.2024
Media
XİN rəhbəri Troy Duli ilə görüşdü
20:18 16.07.2024
Siyasət
Ərdoğan açıqladı: Nə Şərq, nə də Qərb...
20:01 16.07.2024
Dünya
TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
19:49 16.07.2024
Gündəm
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
19:10 16.07.2024
Gündəm
Şair Rafail İncəyurdun 70 illik yubileyi keçirildi
18:45 16.07.2024
Ədəbiyyat
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
18:05 16.07.2024
Aktual
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
17:56 16.07.2024
Cəmiyyət
Çay yoxsa qəhvə? -Dietoloqdan qızıl kimi məsləhət
17:45 16.07.2024
Cəmiyyət
Ən böyük prospektlərdən biri yenə bağlanır
Ən böyük prospektlərdən biri yenə bağlanır
17:39 16.07.2024
Cəmiyyət
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
17:33 16.07.2024
İqtisadiyyat
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
17:22 16.07.2024
Cəmiyyət
İlham Əliyev 7 fərman imzalayıb
İlham Əliyev 7 fərman imzalayıb
17:15 16.07.2024
Siyasət
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
17:09 16.07.2024
Dünya
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
16:53 16.07.2024
Dünya