Firudin Cəlilov:"Dilçilik İnstitutu
və Milli Elmlər Akademiyası bu işlə ciddi məşğul olmalıdır. Yoxsa bir ildə
doğulan uşaqların yarıdan çoxusuna ərəb adları qoyulur. Bu, düzgün deyil"
İnsana verilən ad gözəl və mənalı olmalıdır. Belə bir inam var ki, ad insanın taleyinin necə olmasında rol oynayır. Bir insan gün ərzində bütün sözlərdən çox öz adını eşidir. Gözəl sözü davamlı eşitmək isə insana xoş əhval-ruhiyyə bəxş edir.
Bəs bu il Azərbaycanda doğulan körpələrə ən çox hansı adlar qoyulub?
Bu il ölkəmizdə dünyaya gələn oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (1219), Əli (1127), Hüseyn (954) adları ilk üçlükdə yer alıb.
Bundan başqa, oğlan uşaqlarına Uğur (937), Ömər (699), Məhəmməd (677), Murad (672), Ayxan (538), Tunar (466), İbrahim (360), Ümid (360), Raul (359), Rəsul (329), Emil (319), Mehdi (301), Həsən (290), Kənan (280), Adəm (273), Cahid (261), Rəvan (258) adları daha çox verilib.
Ölkəmizdə yeni doğulan körpələrə daha çox ərəb adları qoyulur. Görəsən, ərəb adlarının üstünlük təşkil etməsinə səbəb nədir?
Ərəb və fars adlarının qoyulmasının çox böyük qəbahət olduğunu deyən dilçi-alim, professor Firudin Cəlilov “Sherg.az”a bildirdi ki, Azərbaycanda ərəb adlarının çox qoyulması əhalinin savad dərəcəsi ilə bağlıdır:
“Valideynlərin çoxusu ərəb adının heç mənasını bilmir, amma sırf dəb olsun deyə övladına həmin adı qoyur. Ad insan həyatında vacib əlamətlərdən biridir. Uşaq dünyaya gələndə ona ad verilir. Sonra isə o həmin adı bütün ömrü boyu bir yük kimi daşımalı olur”.
Professor bildirib ki, uşaqlara ad qoyanda mütləq onun taleyini fikirləşmək lazımdır:
“Bəzən olur ki, kimsə valideyninin “qanını qaraltmamaq” üçün körpəsinə istəmədiyi adı qoyur. Hər kəs dövlət tərəfindən hazırlanmış siyahıdan ad seçməlidir. Dilçilik İnstitutu və Milli Elmlər Akademiyası bu işlə ciddi məşğul olmalıdır. Yoxsa bir ildə doğulan uşaqların yarıdan çoxusuna ərəb adları qoyulur. Bu, düzgün deyil. Təbii ki, bəzən ərəb adlarının qoyulması da lazımdır. Çünki elə ailələr var ki, dindardır və ərəb adlarını qoymaq onların öz işləridir. Amma uşaqların gələcək taleyini də düşünmək lazımdır.
Elə etməliyik ki, onlar heç vaxt adlarından utanmasınlar”.
Uşaqlara daha çox ərəb adlarının qoyulmasına etiraz: “...Mənasını bilmir, amma...”
17:48 30.07.2019
Cəmiyyət
884
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib
04:17 10.01.2025
Gündəm
Rusiya qazının alışına getməməliyik-- Ekspert
04:02 10.01.2025
İqtisadiyyat
Zelenski Romada İtaliyanın Baş naziri ilə görüşüb
03:09 10.01.2025
Gündəm
NASA-nı qorxudan ssenari: Astronavt kosmosda ölsə, nə olacaq?
02:44 10.01.2025
Maraqlı
ABŞ Arktikaya birbaşa nəzarət etmək istəyir - Politoloq
02:07 10.01.2025
Siyasət
Mask inanır, Tramp Ukrayna münaqişəsini tez həll edəcək
01:55 10.01.2025
Gündəm
Bələyi kəfən olan uşaqlar...
01:19 10.01.2025
Sağlamlıq
Aktauda yeni qovşağ tikilir: Bakıdan yük axını artacaq
00:56 10.01.2025
İqtisadiyyat
Kursk səmasında Ukrayna raketi məhv edildi
00:31 10.01.2025
Dünya
ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb
00:13 10.01.2025
Dünya
Hər gün içki içənlərdə kardiomiopatiya yaranır
23:47 09.01.2025
Sağlamlıq
Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb
23:34 09.01.2025
Ölkə
"Qarabağ"ın zədəli futbolçularından son xəbər
23:25 09.01.2025
İdman
Sərxoş sərnişin təyyarədə hər kəsə vahimə yaşatdı
23:06 09.01.2025
Hadisə
Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göndərəcək
22:45 09.01.2025
Hərbi
Ermənilər Arazdəyən istiqamətində istehkamlar tikir - Video
22:33 09.01.2025
Region
Akula ətini yemək olarmı?
22:27 09.01.2025
Sağlamlıq
Borçalıda tapılan 3000 illik meqa-qala arxeoloqları çaşdırdı
22:10 09.01.2025
Tarix
Los-Ancelesdə daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib
21:59 09.01.2025
Gündəm
Qazaxıstanda yaşayış binasında yanğın - İki uşaq ölüb
21:46 09.01.2025
Dünya
Livanın prezidenti seçilən Aun and içərək vəzifəsinə başlayıb
21:39 09.01.2025
Siyasət
Regional təhsil idarəsində kütləvi ixtisar
21:28 09.01.2025
Sosial