Gürcüstan vətəndaşı sərhədi pozdu, saxlanıldı 


Avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Gürcüstan vətəndaşı, 46 yaşlı Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb. DSX-dən Lent.az -a verilən xəbərə görə, fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.