Azərbaycanda 67 nəfəri ilan sancıb


Azərbaycanda aprel-avqust aylarında 67 nəfəri ilan, 16 nəfəri isə əqrəb sancıb.
Bunu APA -ya baş toksikoloq, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, ilan sancanlardan 4 nəfəri azyaşlı olub: “Müraciət edənlərin 60 faizini kişilər, 40 faizini qadınlar təşkil edib. İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb. 67 nəfərdən 16-sının vəziyyəti ağır, qalan 51 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilib”.
A.Maqsudov qeyd edib ki, avqust ayında 5 nəfəri ilan sancıb.
“Havaların sərin keçməsi ilə əlaqədar çox müraciət yoxdur”,- o vurğulayıb.