Psixotrop tərkibli həblər aşkar edildi


Polis əməkdaşları narkotiklərə qarşı qətiyyətli tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək dövriyyədən çıxarılıb.
Bildirilir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarınin əldə etdiyi məlumat əsasında Bakı şəhər sakini C.İsayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülüb.