Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 30-da saat 11:00-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Oğuz və Qəbələ rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər Oğuz MRX-də qeydiyyatdan keçə bilərlər.