Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə üç tenderin nəticələrini açıqlayıb.
Komitənin məlumatına görə, müvafiq olaraq "İNTEGRİS" MMC-yə 140 095 manat, "Azərdövlətlayihə" DBLİ-yə 148500 manat və "EL&EN" firmasına 153 000 manat ödəniləcək.
Qeyd olunan təşkilatlarla satınalma müqaviləsi bağlanılıb.