Bala tısbağanının ölümünə görə, HƏYACAN TƏBİLİ ÇALINDI

Bala tısbağa 104 plastik parçası udduğuna görə ölüb.
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, Amerikada körpə tısbağa ölü vəziyyətdə tapılıb.

Onu yardıqdan sonra məlum olub ki, 104 ədəd plastik parçası udub. Qeyd edək ki, bu yaxınlarda sahildə tapılan bala balinanı da yardıqdan sonra  mədəsindən 40 kilo plastik çıxmışdı. Artıq bütün dünya plastikərlə  bağlı həyacan təbili çalır.

Zooloqlar bidiriblər ki, vəziyyət bu cür davam edərsə, suda yaşayan tısbağaların sayı kəskin azalacaaq. 

Qeyd edək ki dünyada hər il 220 ton plastik istehsal olunur. Bu barədə YUNESKO-nun saytında məlumat verilib. Bu plastiklər hər il bir milyon dəniz quşu və 100 min dəniz məməlisinin ölümünə səbəb olur.