Amerikada elekton siqaretdən ölüm hallarının sayının artması bu yöndə ciddi tədbirlərin görülməsini zəruri edib.
"Sherg.az" "sciencesetavenir.fr"ə istinadən xəbər verir ki, artıq ABŞ ilkin olaraq elekton siqaretdən istifadə yaşını 18-dən 26-a qaldırıb.
Çünki bu ölkədə elektron siqaretin yaratdığı ağ ciyər xəstəliyindən ölənlərin sayı durmadan artır.
Son 10 gün ərzində 18 nəfər elektron siqaretin yaratdığı ağ ciyər xəstəliklərindən dünyasını dəyişib.
Ümumlikdə, ABŞ-da 1299 nəfər elekton siqaretin yaratdığı ağ ciyər xəstəliklərindən əziyyət çəkir. Oktyabr 3-ə qədər olan rəsmi rəqəmlərə görə, 1080 nəfər elekton siqaretin yaratdığı xəstəlikdən əziyyət çəkir.
Xəstələrin 70 faizi kişilərdir, 80 faizi 35 yaşdan aşağıdır, 15 faizi isə 18 yaşdan aşağıdır. Az qala yarısını isə 49- 75 yaş arasında olan insanlar tutur.