Koronavirusa yoluxub sağalanlar barədə məlumat... - TƏBİB sözçüsü "Şərq"ə danışdı

"Koronavirusa yoluxub sağalan şəxslər haqqında mediaya məlumatlar verə bilmərik".

Bunu "Sherg.az"a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevə deyib. Qurum sözçüsü qeyd edib ki, həmin şəxslərlə danışıqlar aparıb mətbuata müsahibə verməyə təşviq etməyə haqqları yoxdur:


"Onların şəxsi nömrələrini, kontaktlarını heç kimə verə bilmərik. TƏBİB-in səhifəsində çoxsaylı videolar yayırıq. O videoları izləsəniz bütün suallara cavab tapacaqsınız. Həmin səhifədə çox məlumat paylaşırıq".