Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Astara rayon, Təngərud kənd sakini Fərasət Davudov məktubunda vurğulayır:
Möhtərəm cənab Prezident, bu çətin günlərdə qəbul etdiyiniz düzgün qərarlara görə Sizə “Çox sağ olun!” deyir, Sizinlə fəxr etdiyimi bildirəm. Sərhədlərin vaxtında bağlanması, ölkəyə girişin məhdudlaşdırılması itkilərimizi minimuma endirdi.
Sahibkarlara dəyən ziyana görə kompensasiyaların verilməsi özəl sektora böyük dəstək oldu. Bu barədə qərarlarınızı alqışlayırıq. İşi olmayan şəxslərə göstərilən maddi dəstək, aztəminatlı ailələrə verilən ərzaq yardımları isə heç kəsin diqqətdən kənarda qalmadığını göstərir. Xalqımız üçün gördüyünüz işlərə görə çox sağ olun. Allah Sizdən razı olsun !”.