TƏBİB sədrindən koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA


“İndiyə qədər Azərbaycanda 150 minə yaxın koronavirus testi icra olunub”.

"Sherg.az"ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1326 xəstə koronavirusdan sağalıb:

“92 yaşlı nənə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunaraq evə göndərilib”.

R.Bayramlı qeyd edib ki, Türkiyədən gələn həkimlər Bakıda missiyalarını bitiriblər:

“Onlar Gəncə, Goranboy, Şəmkir və Ağdaş rayonlarına gedəcəklər”.