Parlamentin iki şöbə müdiri işdən çıxarıldı

Milli Məclisdə struktur islahatları çərçivəsində iki şöbənin müdiri vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, Ümumi şöbənin müdiri Təlatüm Quliyev və Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova vəzifəsindən azad edilib.
Bununla bağlı Spiker sərəncam imzalayıb.