Türkiyədə daha 78 nəfər koronavirusdan öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3336 nəfər ölüb, 124 375 nəfər bu infeksiyaya yoluxub, 58 259 nəfəri isə müalicə olunub. Bu gün 4451 xəstə evə buraxılıb.