Qonşu ölkədə 1400 nəfər süni ventilyasiya cihazına qoşulub

Rusiyada 1000-1400 nəfər kononavirus xəstəsi ağciyərlərin süni ventilyasiya cihazına qoşulub.

Bu barədə TASS Rusiyanın Səhiyyə naziri Sergey Muraşkoya istinadən məlumat yayıb.

“Bəli, biz ağciyərləri süni ventilyasiya cihazına qoşulmuş bütün xəstələrdən məlumatlıyıq”, - deyə nazir bildirib.