Karantini pozan 47 mindən çox sürücü məsuliyyətə cəlb olundu - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədarötən gün ərzində görülmüş işlər barədə məlumat yayıb.

İdarədən "Sherg.az"a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.