Azərbaycanda doğuş zamanı uşaq öldü


Bakıda doğuş zamanı körpə ölümü baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.

Bakı şəhər sakini, 23 yaşlı Kamilə Əliyeva hamiləliyinin 35-36 həftəsində xəstəxanaya daxil olub və təcili qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatda onun bətnindən ölü döl götürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.