Cavanşir Feyziyev seçicilərin yanında: Şəkidə 728 ailəyə yardım edildi – VİDEO

COVID-19 virusunun qarşısının alınması məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən sərəncamlara uyğun olaraq mühüm işlər görülür.
Pandemiya şəraitində I Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti ölkədə xeyriyyəçilik tədbirlərinin genişlənməsi ilə müşaiyət olundu. Ölkənin bütün bölgələrində insanlar arasında qarşılıqlı yardımlaşma, aztəminatlı əhaliyə dəstək məqsədilə keçirilən aksiyalar vüsət almaqdadır. İcra hakimiyyəti orqanları ilə yanaşı, iş adamları da bu çağırışa qoşularaq, xeyriyyəçilik kimi nəcib bir missiyanı həvəslə yerinə yetirirlər.

Aksiya çərçivəsində Şəki rayonunda da aztəminatlı ailələrə yardım kampaniyasına start verilib.

Turkustan.info xəbər verir ki, 115 saylı Şəki seçki dairəsindən millət vəkili seçilmiş Cavanşir Feyziyevin təşəbbüsü ilə yerli iş adamları tərəfindən təşkil olunmuş humanitar aksiyalar zamanı son 10 gündə Şəkinin kənd ərazilərində yaşayan 728 az təminatlı ailəyə ərzaq yardımı göstərilib. Aksiya hal-hazırda da uğurla davam etdirilir. Pandemiya ilə mütəşəkkil mübarizəyə başlanılan andan etibarən insanların həm təbiətə, həm də sosial münasibətlərə olan baxışlarının müsbətə doğru dəyişməsi bu xeyriyyə tədbirlərin də də özünü göstərir.