Prezidentə minnətdarlıq: “Azərbaycan yenidən dinamik inkişaf edən həyatına dönəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Qusar rayonunun Yasab kəndindən Mafiyat Bədəlova ölkə rəhbərinə yazır:

“Möhtərəm cənab Prezident, xalqımızın sosial rifahının və sağlamlığının dövlətimiz üçün ən ümdə vəzifə olması biz vətəndaşları sevindirməyə bilməz. Çətin koronavirus dövründə biz bunun bir daha şahidi olduq. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun bizə yardım etməsinə, bizi sevindirməsinə görə Sizə “Çox sağ olun!” deyirik. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı versin. Ümid edir və inanıram ki, dünyanı ağuşuna alan bu COVID-19 infeksiyası tez bir zamanda başımızın üstündən gedəcək, Azərbaycan yenidən çağlayan və dinamik inkişaf edən həyatına dönəcək”.