Milli Məclisdə dil məsələsi müzakirəyə çıxarılır

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan dili mövzusu ilə bağlı ictimai dinləmələr keçiriləcək.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da dinləmələrdə iştirak edəcək.