Karantini pozaraq cərimələnən sürücülərin sayı 49 mini keçdi

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ötən gün ərzində görülmüş işlər barədə məlumat yayıb.
İdarədən daxil olan xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.