“Paşinyan hələ də əsl faşizm nümunəsi göstərir”

"Ermənistanın siyasi rəhbərliyi Qaraginə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir”


"Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daima onların silahı olub . O zamanlar sadəcə faşizm termini yox idi . Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub . Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təccüblü deyil". 

Bu sözləri  “Sherg.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədr müavini Hikmət Babaoğlu deyib.  Deputatın sözlərinə görə, elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir: 

" İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaragin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür ancaq təəssüf ki , münasibət hələ də adekvat deyil . Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır digər tərəfdən işğalçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.

Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər.

N.Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli məsaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir . Ancaq necə olursa olsun, sonunda bu cılız küçə demokratı ifşa olunacaq . Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək".