Əlimizdə bəslədiyimiz təhlükə...

Klaviaturada olan mikroblar tualetdəki mikroblardan dəfələrlə çoxdur


Əksər insanların gün ərzində ən çox təmasda olduğu cihazlardan biri də klaviaturadır. Alimlərin  araşdırmasına  görə, klaviaturanın hər 2 santimetrində ortalama 3.295 mikrob var. Bu da tualetdəki mikroblardan on dəfələrlə çoxdur.
İnternetdə gəzmək, e-poçt göndərmək və ya hətta onlayn alış-veriş etmək üçün klaviaturadan istifadə edərkən toxunduğumuz mikrobların sayı-hesabı yoxdur. Bunların hansı ağır xəstliklərə yol açdığını bilsəniz, sadəcə, dəhşətə gələrsiniz. 

Bəs klaviaturanı necə təmizləmək olar?

Kompüterə bağlı bir klaviatura varsa, USB kabelini kompüterinizdən ayırmağa başlayın. Əgər bir dizüstü kompüteriniz varsa, laptopunuzu söndürməyinizə əmin olun.

İndi klaviaturanı və ya dizüstü kompüterinizi çevirin və düymələrin arasına düşmüş qırıntıları və tozu çıxarmaq üçün yumşaq bir şəkildə silkələyin.
Daha sonra yapışqan bir selofan götürün və yapışqanın kənarları ilə yarısını qatlayın. İndi isə yapışan selofanı düymələrin arasındakı boşluqların içərisinə daxil edərək qırıntıları yığmağa çalışın. Yapışqan zolaq kir ilə doludursa, atın və zəruri hallarda təkrarlayın.

Düymələr arasındakı zibilləri silmək və yumşaltmaq üçün yumşaq bir tüklü fırçadan da istifadə edə bilərsiniz.
Klaviaturanı silmək üçün mütləq nəm, yumşaq bir parça, məsələn, mikrofiber istifadə edin. Silərkən ehtiyatlı olun, çünki hərflərin silməməsinə mane olan düymələrdə xüsusi bir örtük var.

Açarları təmizləmək üçün sərt kimyəvi maddələrdən və ya aşındırıcı materiallardan istifadə bu örtüyə dönməz zərər verə bilər və sonra daha böyük problem yarada bilər.
Bir az spirtə batırılmış bir pambıq çubuqdan istifadə edin. Spirt klaviaturadakı kirləri təmizləməyə yardım edəcək. Bu, sudan daha sürətli buxarlanır, lakin kompüterinizdə nəmin yaranmaması üçün təmizləndikdən sonra qurudulduğundan əmin olun.

Klaviaturanız indi gözəl və təmizdir, amma siçanınızı unutmayın. Onlar da mikroblarla doludur.
Əvvəlcə siçanınızı kompüterinizdən ayırın. Sonra siçanınızı dezinfeksiyaedici salfetlərlə silin. Klaviaturanızdakı kimi, salfetlərin həddindən artıq nəm olmadığından əmin olun.

Qeyd edək ki, “Samsung” şirkəti rəsmi saytında koronavirus pandemiyası dövründə mobil cihazların dezinfeksiyasına dair tövsiyələr də dərc edib. Məlumatda smartfonların gün ərzində azı bir dəfə dezinfeksiya edilməsi məsləhət görülür.

Şirkətin tədqiqatçıları qeyd edir ki, viruslar metal və plastik səthlərdə azı 2-3 gün yaşaya bilir.
Aparılan araşdırmaların nəticələrinə görə, istifadəçilər hər gün orta hesabla 52 dəfə smartfona toxunur. Üstəlik, mobil cihazı yaxın məsafədən istifadə edərkən virusların insana ötürülmə intensivliyi yüksək olur.

Mobil cihazların nazik lifli parçaya hopdurulmuş spirt və distillə edilmiş su ilə təmizlənməsi tövsiyə olunur. Təmizləmədən əvvəl cihaz söndürülməlidir.

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə "Sherg.az"a açıqlamasında bildirib ki, şəxsi kompüterlərimizdən daha çox internet-klublardakı kompüterlərin klaviaturaları insan sağlamlığı üçün zərərlidir. İstər- istəməz evdəki və ofizimizdəki kompüterlərimizi vaxtaşırı su və ya dezinfeksiyaedici məhlullarla silirik. Amma ictimai yerdə istifadə olunan  kompüterlərdə mikroblar həddindən artıq çox olur. 

Həkimin sözlərinə görə, əlimizi yuyandan sonra belə bir saat keçməmiş yenə də mikroblar olur:

"Ən azından  stafilakoklar olur. Əlimizi yenidən klaviaturaya vurduqda isə həmin mikroblar yenidən səthin üzərinə hopur. Bu, molib telefonlara da aiddir. Əlimizi mütəmadi olaraq yuduğumuz üçün əlimizdəki viruslar artıb çoxalmır. Klaviaturanı isə tez-tez təmizləməsək həmin mikrobların sayı artır və infeksiya mənbəyinə çevrilir. Bu səbəbdən də  mütəmadi olaraq istifadə etdiyimiz klaviaturaları,  mobil cihazları su ilə yox, spirt və ya digər dezinfeksiyaedici vasitələrlə silmək lazımdır".