İki azyaşlı qardaşı maşın vurdu: biri öldü

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.
Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.
Hazırda Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.