Karantində toy keçirilməsinə TƏBİB-dən AÇIQLAMA

“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu qərar dövlət tərəfindən verilir: “Hər birimiz - istər həkimlərin, istər adi vətəndaşlarımızın bu karantin qaydalarına riayət etmək borcumuzdur. Buna həkim olaraq fikrimi bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.