İranın yeni səfiri Azərbaycana gəlib

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gəlib. 
APA-nın Tehran bürosunun məlumatına görə, A. Musəvini Bakıda İran səfirliyinin diplomatları və Ali  Liderin Bakıdakı nümayəndəsi Əli Əkbər Ocaqnejad qarşılayıb.
A. Musəvi sabiq səfir Cavad Cahangirzadəni əvəz edəcək.