Elnarə Abdullayeva bölməyə aparıldı

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.
Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.
Müğənni dəfələrlə postdan keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.