Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - FOTO - YENİLƏNİB

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

***
Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanan evdə iki azyaşlı qalıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.