Avqustun 21-dən axtarılırdı: İtkin düşən Narinin meyiti tapılıb

Diyarbəkirdə itən 8 yaşlı Narindən kədərli xəbər gəlib. Avqustun 21-dən axtarılan Narin Güranın cansız cəsədi kənddən 1,5 kilometr aralıda Sankitutmaz çayında tapılıb. 
Sherg.az xəbər verir ki, məhəlləyə giriş-çıxış qadağan olunub, Narinin cansız bədəni yarılmaq üçün Məhkəmə Tibb İnstitutuna aparılıb. Diyarbakır valisi Murat Zorluoğlu Narinin dərə kənarında çuval içində tapıldığını və şübhə doğurmamaq üçün çuvalın üzərinə təbii görünüş vermək üçün daş və budaqlarla örtüldüyünü açıqlayıb.