Birinci kurs tələbələrinin tədrisə başlayacağı vaxt açıqlandı

Birinci kursların ali təhsil müəssisələrinə qeydiyyatında gecikmə olduğu üçün tədris oktyabrın 1-dən başlayacaq. 
Oxu.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 
O bildirib ki, ali təhsil müəssisələrinə gələn birinci kurs tələbələri tədris prosesi ilə tanış olacaqlar:
“Tələbələr ilkin olaraq tədris prosesi ilə əyani şəkildə tanış olduqdan sonra distant tədrisə davam edəcəklər”.