Müəllimlərin işə qəbul müsabiqəsində güzəşt ola bilərmi?

17 bölgəni əhatə edən 32 mərkəzdə 20 mindən artıq müəllim işə qəbul müsabiqəsində iştirak edib.
Oxu.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, müsabiqədə iştirak etməyən şəxslərə istisna hallarda güzəşt oluna bilər:
“Bu məsələdə çox az hallarda güzəşt edilə bilər. Hərbçi ailələrinə və onlardan asılı olmayan səbəblərə görə müsabiqədə iştirak etməyən namizədlərə güzəşt oluna bilər. 
Amma digər bütün hallarda müəllim olmaq istəyən hər bir şəxsin bu müsabiqədə iştirak etməsi daha ədalətli olardı”.