Gənc oğlan dənizdə batdı

Abşeron rayonu, Novxanı kəndində bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 25 yaşlı İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.