Prezidentin köməkçisi: "Virusun alovlanma tendensiyası ola bilər"

Şirvan şəhərində xəstəxanalardan birində koronavirus ocağı müəyyən edilib və TƏBİB tərəfindən dərhal tədbir görülüb.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, virusun alovlanma tendensiyası ola bilər:
“Bu yaxınlarda Şirvan şəhərində müəyyən edilən koronavirus ocağı lokal şəkildə məhdudlaşdırıldı. TƏBİB tərəfindən dərhal tədbir görüldü. Virusun daha geniş şəkildə yayılmasının qarşısı alındı”.